İsrail Dəməşq və Hələbin əsas hava limanlarına hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Al Arabia” Suriya dövlət televiziyasına istinadən məlumat yayıb.
Yerli Şam FM TV xəbər verir ki, hücuma cavab olaraq Suriya hava hücumundan müdafiə qüvvələrini yerləşdirib.
İsrail tərəfi hələlik xəbərə münasibət bildirməyib.
Ariz Həsənoğlu,
KONKRET.az