“Azərbaycan bizi əmin etdi ki, ərazisindən İrana hücum olmayıb”.
KONKRET.az xəbər verir kli, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistin “İsrail dronları Azərbaycandan qalxıb?” sualına cavabında deyib.
“İstisnasız olaraq qonşu ölkələr bizi əmin etdilər ki, İsrailin İrana hücumları üçün öz ərazilərindən istifadə etməsinə imkan verməyəcəklər. Burada qətiyyətlə bildirirəm ki, qaldırdığımız iddialar müvafiq dövlətlər tərəfindən açıq və qəti şəkildə rədd edilib”, – o bildirib.