İsrail Hərbi Hava Qüvvələri ehtiyatda olan yüzlərlə israillini gətirmək üçün Avropaya təyyarələr göndərdiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilir ki, “Hercules” təyyarəsi təcili hava daşımasında iştirak edib. Ehtiyatda olan şəxslərin Avropada dəqiq haradan götürüldüyü göstərilmir.
Hərbi Hava Qüvvələri həmçinin bütün Avropada yerləşdirilən yüzlərlə İsrail əsgərini çıxarır.
İDF qeyd edir ki, əməliyyat Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq həyata keçirilib.
Ariz Həsənoğlu,
KONKRET.az