“Saxladıqları girovlar azad edilmədən Qəzza zolağında atəşkəs olmayacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrael Katz britaniyalı həmkarı David Lammy ilə görüşü zamanı deyib.
O bildirib ki, əgər HƏMAS Qəzzada atəşkəs razılaşması üçün dünya ölkələrindən İsrailə təzyiq etməyi istəyərsə heç bir nəticə əldə etməyəcək:
“Böyük Britaniya və dünya HƏMAS-a açıq şəkildə bildirməlidir ki,girovlar azad edilmədən Qəzza zolağında atəşkəs yoxdur”, – deyə İsrael Katz əlavə edib.
Burhan,
KONKRET.az