İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzzanın cənubundakı HƏMAS batalyonunun “əsas komandiri”nin həbs olunduğunu elan edib.
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) məlumatına görə, HƏMAS-ın hərbi qanadı olan Şərqi Rəfəh batalyonunun əsas komandirlərindən biri şərqi Rəfəh rayonunda saxlanılıb.
Həbs yeraltı tikilidən səkkiz silahlı şəxsin çıxmasından sonra aparılan axtarış əməliyyatı zamanı baş verib. Məlumata görə, onlardan üçünün öldürüldüyü, birinin isə qaçmağa cəhd edərkən saxlanıldığı bildirilir.\\“Unikal”
