İsrail Müdafiə Ordusunun (CƏŞ) texnikası Suriyanın cənub bölgələrində görünüb. Məlumat sosial şəbəkələrdə yayılıb.
KONKRET.az xəbər verir ki, eyni zamanda, CƏŞ rəsmiləri bildirib ki, onlarla İsrail vətəndaşı son zamanlar Majdal-Şams bölgəsində sərhəd hasarını keçərək Suriya ərazisinə daxil olublar. Hazırda onların təhlükəsiz şəkildə İsrail ərazisinə qaytarılması üçün tədbirlər görülür.
İsrail mediası yazır ki, təxminən 30 druz mənşəli şəxs sərhədi keçərək bufer zonaya daxil olub.
Natiq Səlim,
KONKRET.az