Bir həftə ərzində Livanın cənubunda Hizbullahın 45-dən çox raket buraxılış qurğusu məhv edilib.
KONKRET.az xəbər verir ki, onların bəziləri artıq terrorçular tərəfindən istifadə edilib, digərləri isə işə salınmağa hazır vəziyyətdə olub. İsrailin Müdafiə Nazirliyindən bildirilib ki, məhv edilən hərbi avadanlıqlar arasında noyabrın 22-nə keçən gecə Hayfanı atəşə tutan raket qurğuları da olub.
Vəli Həsənoğlu,
KONKRET.az