İsrail İordaniya ilə sərhədini bağladıbackend

İsrail İordaniya ilə sərhədini bağladı

İsrail Hava Limanları İdarəsi İordaniya ilə sərhəddə yerləşən hər üç keçid məntəqəsinin sonrakı xəbərdarlığa qədər bağlandığını elan edib.

KONKRET.az xəbər verir ki, bu qərar bazar günü səhər Allenbi körpüsündə baş verən və üç israillinin ölümü ilə nəticələnən terror aktından sonra qəbul edilib.

İsrail hakimiyyəti ölkənin şimalında yerləşən Beyt Şean şəhəri yaxınlığındakı İordaniya keçid məntəqəsini, Allenbi körpüsündəki keçid məntəqəsini və cənubda Eylat şəhəri yaxınlığındakı Rabin sərhəd keçid məntəqəsini bağlayıb.

Qeyd edək ki, bazar günü səhər İordan çayının qərb sahilində, Allenbi körpüsü yaxınlığında bir yük maşını sürücüsü tərəfindən açılan atəş nəticəsində üç mülki şəxs həyatını itirib. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, terrorçu yük maşını ilə İordaniyadan Allenbi körpüsünə gedib. Hücumçu təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*