İsrail İran generallarını necə MƏHV EDİR? – SENSASİON FAKTLARbackend

İsrail İran generallarını necə MƏHV EDİR? - SENSASİON FAKTLAR

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran daxilində yüksək vəzifəli şəxslərin ard-arda hədəfə alınması diqqət mərkəzinə çevrilib. Baş verənlər regionda kəşfiyyat savaşının hansı səviyyəyə çatdığını və təhlükəsizlik sistemlərinin nə dərəcədə effektiv olduğunu yenidən müzakirə mövzusuna çevirir.
Bəs İranın yüksək rütbəli şəxsləri niyə bu qədər asanlıqla hədəfə çevrilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, İran uzun illərdir İsrail və ABŞ ilə siyasi qarşıdurma vəziyyətindədir və bu mübarizənin mühüm hissəsini kəşfiyyat savaşı təşkil edir.

CROSSMEDIA - Tural Abbaslı: Bəzən deyirlər ki, "Ağ Partiya" özünü  Türkiyənin hakim partiyasına bənzədir

Onun sözlərinə görə, illərdir davam edən bu

“soyuq savaş” fonunda İran kəşfiyyat mübarizəsində rəqiblərinə uduzmuş kimi görünür.

“Məlum olur ki, İsrail və ABŞ-ın İran daxilində geniş casus şəbəkəsi mövcuddur. Bu şəbəkə hərbi qarşıdurmalar zamanı daha da aktivləşərək ölkənin dini, siyasi və hərbi rəhbərliyinə qarşı dəqiq zərbələrin endirilməsində istifadə olunur”, – deyə o, qeyd edib.

Tural Abbaslı vurğulayıb ki, bu cür əməliyyatların həyata keçirilməsi həmin şəbəkənin nə qədər geniş və dərin olduğunu göstərir.

Onun fikrincə, İranın ali vəzifəli şəxslərinin belə hədəfə alınması kəşfiyyat sahəsində ciddi boşluqların mövcudluğuna işarədir.
Bununla yanaşı, siyasətçi hesab edir ki, bu cür sui-qəsdlər uzunmüddətli perspektivdə proseslərə mənfi təsir göstərə bilər.

“Dövlət strukturu elə qurulub ki, bir liderin aradan götürülməsi sistemin fəaliyyətini dayandırmır – onun yerinə digəri gəlir. Lakin zamanla daha təcrübəli və nüfuzlu şəxslərin azalması həm region, həm də bu prosesdə iştirak edən tərəflər üçün əlavə çətinliklər yarada bilər”, – deyə o, bildirib.

O, həmçinin qeyd edib ki, beynəlxalq təcrübədə müharibə dövründə siyasi rəhbərliyin hədəf alınmaması kimi yanaşmalar mövcud olsa da, hazırkı qarşıdurmalarda bu qaydaların tez-tez pozulduğu müşahidə olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*