ABŞ bu əraziyə ordu göndərir – Trampdan son dəqiqə QƏRARIbackend

ABŞ bu əraziyə ordu göndərir - Trampdan son dəqiqə QƏRARI

ABŞ administrasiyası Yaxın Şərqə əlavə hərbi qüvvələrin göndərilməsini sürətləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.

Məlumata görə, yaxın günlərdə ABŞ Dəniz Piyadaları korpusunun azı 2,2 min hərbçisi San Diego şəhərindən Yaxın Şərqə yola salınacaq. Mənbələrin bildirdiyinə əsasən, bu proses əvvəlcədən planlaşdırıldığından daha tez həyata keçirilir.

Gözlənilir ki, hərbçilər USS Boxer (LHD-4) desant gəmisində yerləşdiriləcək. Gəmini əlavə olaraq bir və ya iki hərbi gəminin müşayiət edəcəyi qeyd olunur. Bu isə regiona daha bir neçə min dənizçinin də göndərilə biləcəyini göstərir.

Bundan əvvəl Reuters agentliyi Vaşinqton administrasiyasının İrana qarşı mümkün əməliyyat çərçivəsində regiona təxminən min amerikalı hərbçinin göndərilməsi variantını nəzərdən keçirdiyini yazmışdı.

Hazırda rəsmi Vaşinqton tərəfindən məsələ ilə bağlı əlavə açıqlama verilməyib.

Bu kontekstdə Benjamin Netanyahu ilə Putin arasında mümkün görüş də müzakirə olunur. İsrail tərəfinin məqsədi Kremlin İranı silahlandırmaqdan çəkindirmək üçün diplomatik təzyiq rıçaqları tapmaqdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*