İsrail-İran müharibəsində qalib bu dövlət oldu, məğlub isə… – VACİB AÇIQLAMAbackend

İsrail-İran müharibəsində qalib bu dövlət oldu, məğlub isə... - VACİB AÇIQLAMA

İsrail və İran arasında atəşkəs əldə olunsa da, İslam Respublikasının atdığı raket Təl-Əvivə düşüb. Bu, münaqişənin hələ də bitmədiyini və hər an yenidən alovlana biləcəyini gündəmə gətirir. Bəs görəsən, proseslər necə cərəyan edəcək? 

Mövzunu KONKRET.az-a siyasi şərhçi Cavanşir Abbaslı şərh edib:

Cavanşir Abbaslı

“Bu proses 11 gün əvvəl İsrailin başladığı hücumlarla əlaqələndirilir. Son olaraq isə ABŞ tərəfindən bölgəyə zərbə endirilib. İran bu hücumlara cavab olaraq müdafiə siyasəti yürüdür. Tehran İsrailin ərazisinə layiqli cavab verdiyini hesab edir”.

Ekspertin qənaətinə görə, İsrail son 30 ildə görünməmiş hücumlarla üzləşib:

“ABŞ-ın isə eyni aqibətlə qarşılaşmayacağını düşünürəm. Çünki İranın Amerika ilə açıq müharibəyə girmək niyyəti yoxdur, sadəcə  dövlət qürurunu və təhlükəsizliyini qorumağa çalışır. Hazırkı vəziyyətin gərgin olmasına baxmayaraq, tərəflərin yaxın gələcəkdə qarşılıqlı razılaşma ilə masa arxasına əyləşəcəyi və müharibənin tamamilə yekunlaşacağı ehtimal edilir. Hesab edirəm ki, bu qarşıdurmada qalib ABŞ olacaq, məğlub tərəflər isə İran və İsraildir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*