İsrailin döyüş təyyarələri İranın qərbindəki hədəflərə genişmiqyaslı zərbələr endirib.
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti İranın qərb regionundakı hərbi obyektlərə qarşı iri miqyaslı hava hücumunun həyata keçirildiyini açıqlayıb.
Bildirilir ki, hücumda 15 ədəd qırıcı təyyarə istifadə olunub. Hədəflər arasında İran silahlı qüvvələrinin yeraltı hərbi bazaları, raket anbarları və pilotsuz uçuş aparatları yerləşib.
Eyni zamanda, İsrail təyyarələri İranın mərkəzi bölgələrinə də zərbə endirərək raket buraxılış qurğularını məhv ediblər.
Hadisə bölgədəki gərginliyin daha da artması ilə əlaqədar qəbul olunan ciddi addımlardan biridir.
Natiq Səlim,
KONKRET.az