İsrail İranın 400 raketindən 92%-ni havada zərərsizləşdiribbackend

İsrail İranın 400 raketindən 92%-ni havada zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri (SAXAL) müharibənin başlanğıcından bəri İran tərəfindən atılan raketlərin böyük hissəsinin uğurla dəf edildiyin açıqlayıb.

Ordu rəsmilərinin verdiyi məlumata görə, müdafiə sistemləri yüksək effektivlik nümayiş etdirərək ölkənin yaşayış məntəqələrini və strateji obyektlərini kütləvi dağıntılardan qoruyub.

KONKRET.az xəbər verir ki, SAXAL-ın rəsmi nümayəndəsi, polkovnik-leytenant Nadav Şoşani jurnalistlərə açıqlamasında İranın indiyədək 400-dən çox ballistik raket buraxdığını bildirib. “Biz raketlərin ələ keçirilməsində çox yüksək göstərici — təxminən 92% effektivlik qeydə almışıq”, – deyə Şoşani qeyd edib. O, İsrailin hava hücumundan müdafiə sistemlərinin fasiləsiz işlədiyini və gələn təhlükələri minimuma endirdiyini vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*