İsrail ordusu Tehrana və qərbi İrana zərbələr endirir – Təbrizdə ardıcıl partlayışlar
KONKRET.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri hazırda İranın paytaxtı Tehran və qərb bölgələrində yerləşən hərbi infrastruktur obyektlərini hədəfə alır. Bu barədə İsrail ordusunun sözçüsü Effi Defri keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, İsrail bu gün ilk dəfə Yəzddə yerləşən hərbi bazalara raket hücumu həyata keçirib. Hücumun dəqiqliklə planlaşdırıldığı və əsas hədəflərin vurulduğu bildirilib.
Eyni zamanda, İran mediası Təbriz şəhərində ardıcıl partlayışların baş verdiyini xəbər verir. Şəhərdə xəbərdarlıq siqnalları işə salınıb, yerli əhali sığınacaqlara yönəldilir.
Hazırda regionda vəziyyət gərgin olaraq qalır, rəsmi Tehran isə cavab tədbirləri ilə bağlı açıqlama verməyib.
Natiq Səlim,
KONKRET.az