İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah Rəisi Eyəl Zamir ölkəsinin tarixindəki ən mürəkkəb əməliyyata başladığını açıqlayıb. Onun sözlərinə görə, belə genişmiqyaslı və təhlükəli düşmənə qarşı təhdidi aradan qaldırmaq üçün uzunmüddətli kampaniyaya hazır olmaq zəruridir.
KONKRET.az xəbər verir ki, Zamir qeyd edib ki, əməliyyata başlamaq üçün əməliyyat və strateji şəraitin uyğun gəlməsi vacib olub və bunların bir qismi isə müvəqqətidir. Əgər gecikmələr olsaydı, bu imkanların itirilməsi riski yaranar və gələcəkdə əlverişsiz vəziyyətə düşmək ehtimalı yüksək olardı.
Baş Qərargah rəisi əlavə edib ki, kampaniyanın başlanğıcında İranda təxminən 2,500 raket mövcud olub və İsrail qüvvələri onların təxminən yarısını, o cümlədən raket buraxılışından bir neçə dəqiqə əvvəl olan qismən qurğuları məhv edib.
Zamir vurğulayıb ki, İsrail Müdafiə Qüvvələri uzun və çətin günlərə hazırdır.
Natiq Səlim,
KONKRET.az