İsrail prezidenti İshak Hersoq ölkəsinin beynəlxalq hüquqa və müharibə qanunlarına əməl etdiyini bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə CNN-in sualını cavablandırarkən deyib.
“Bu barədə dərhal soruşmağınız məni məyus etdi. Gördünüz nə olur, hamınız orada idiniz”, – prezident əlavə edib. Onun sözlərinə görə, müharibə cinayətləri ilə bağlı ittihamlar əsassızdır.
Qeyd edək ki, İsrail HƏMAS-ın hücumuna görə fələstinliləri kollektiv şəkildə cəzalandırmaqda ittiham olunur. Kollektiv cəza isə müharibə cinayəti sayılır.
Ariz Həsənoğlu,
KONKRET.az