İsrailin İrana bu gün həyata keçirdiyi hücum zamanı öldürülən yüksək rütbəli rəsmilərin siyahısı açıqlanıb.
KONKRET.az xəbər verir ki, “Mouze” Teleqram kanalı siyahını İsrail kəşfiyyatının yaydığını bildirib.
Həlak olan şəxslərin siyahısı:
1. General Məhəmməd Hüseyn Bagiri – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;
2. Hüseyn Salami – SEPAH komandanı;
3. General Qulam Əli Rəşid – “Xatem əl-Ənbiya” qərargahının komandanı;
4. Məhəmməd Pakpur – SEPAH Quru Qoşunlarının komandanı;
5. Əlirza Təngsiri – SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı;
6. Əhməd Əli Hacızadə – SEPAH Kosmik Qüvvələrinin komandanı;
7. İsmail Qaani – SEPAH Qüds Qüvvələrinin komandanı;
8. Əlirza Süleymani – “Bəsic” qüvvələrinin komandanı;
9. Əmir Musəvi – İran ordusunun komandanı;
10. Əmir Şəhram İranian – İran ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı;
11. Əlirza Fordastan – İran ordusunun Quru Qoşunlarının komandanı;
12. Keyumərs Heydəri – İran ordusunun Quru Qoşunlarının komandanı
13. Nəsirzadə – Hərbi Hava Qüvvələrinin komandanı.
Bildirək ki, siyahıda adları keçən bəzi şəxslərin öldürülməsi İran tərəfindən rəsmən elan olunmayıb.
Siyahıda adı qeyd olunan Məhəmməd Pakpur isə SEPAH-ın yeni komandanı təyin edilib.