İsrail ordusu HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladıbackend

İsrail ordusu HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başladı

İsrail ordusu HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İsrail ordusu onlarla döyüş təyyarəsinin Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirdiyini bildirib.

Fələstin Səhiyyə Nazirliyi bildirib ki, İsrail qüvvələri Qəzza zolağının İndoneziya xəstəxanasını atəşə tutması nəticəsində bir işçi ölüb, digərləri yaralanıb.

Bundan əvvəl HƏMAS hərəkatı İsrailə raket zərbələri endirib.

Öz növbəsində HƏMAS-ın hərbi qanadının lideri Məhəmməd Deif də silahlı qruplaşmanın İsrailə qarşı yeni hərbi əməliyyata başladığını bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*