İsrail Ordusu: İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirilibbackend

İsrail Ordusu: İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirilib

İsrail Ordusu Tehranda İranın Silahlı Qüvvələrinin Rabitə Mərkəzinə zərbə endirdiyini açıqlayaraq, məlumatı İranın dövlət teleradio yayımçısının binasının fotosu ilə müşayiət edib.

KONKERT.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“Bu gün, bazar ertəsi, İsrailin Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin kəşfiyyat məlumatlarına əsasən, İran Silahlı Qüvvələrinin hərbi məqsədlər üçün istifadə etdiyi rabitə mərkəzini hədəfə alaraq dəqiq zərbə endirib”, – məlumatda bildirilir.

Məlumat İranın əsas teleradioyayım şirkəti olan İran İslam Respublikası Yayımlarının (IRIB) qərargahı kimi görünən binanın havadan çəkilişi ilə müşayiət olunub. Bundan əvvəl IRIB qəzeti İsrailin zərbələrindən birinin İranın dövlət televiziyasının binasına dəydiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*