İsrailin Livanın cənubunu atəşə tutması nəticəsində bir jurnalist həlak olub, üçü yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Bildirilib ki, yaralananlardan ikisi Əl-Cəzirə əməkdaşı olub.
“İsrailin Alma əş-Şaab kəndi yaxınlığına endirdiyi zərbə nəticəsində bir jurnalist həlak olub, üçü, o cümlədən “Əl-Cəzirə”nin müxbiri və operatoru yaralanıb”, – deyə məlumatda bildirilir.
Burhan,
KONKRET.az