İsrail ordusu Livanın Litani çayı üzərindəki körpüləri partladırbackend

İsrail ordusu Livanın Litani çayı üzərindəki körpüləri partladır

İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ordunu Litani çayı üzərindəki bütün körpüləri məhv etməyə çağırıb.

Bu qərarın “Hizbullah” döyüşçülərinin və silah-sursatın ölkənin cənubuna keçməsinin qarşısını almaq məqsədi daşıdığı bildirilir. İsrailli nazirin sözlərinə görə, həmin körpülər birbaşa “Hizbullah”ın terror fəaliyyətləri üçün istifadə olunur.

KONKRET.az xəbər verir ki, strateji əhəmiyyət kəsb edən bu keçidlərin sıradan çıxarılması ilə İsrail Livanın cənubunda “Hizbullah”ın logistik imkanlarını tamamilə məhdudlaşdırmağı hədəfləyir. Hərbi rəsmilər bu addımın sərhəd bölgəsində təhlükəsizliyin təmin edilməsi və hücumların qarşısının alınması üçün həlledici olduğunu vurğulayıblar.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*