İsrail ordusu Livanın cənubuna yeni hücuma keçib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Bildirilib ki, hədəf Hizbullahın silahlı qanadının Nəbatiyə şəhəri ərazisindəki qərargahı olub.
Qeyd olunub ki, qərargahın bu ərazidə olması İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasına səbəb olurdu.
Hücumun nəticəsi barədə məlumat verilməyib.