İsrail ordusu Qəzza zolağının mühasirəyə alındığını açıqladıbackend

İsrail ordusu Qəzza zolağının mühasirəyə alındığını açıqladı

İsrail ordusu zirehli texnika və mühəndis birləşmələrinin iştirakı ilə Qəzza zolağını mühasirəyə alıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağının cənubunda mühasirə zamanı mühəndis bölmələri xəritələmə əməliyyatı həyata keçirib. Əməliyyat zamanı əsgərlər tuneldən çıxan bir qrup terrorçu ilə qarşılaşıb. Ərazidə olan terrorçuların hamısı məhv edilib”, – məlumatda bildirilir.

Məlumatda deyilir ki, Qəzza zolağında quru əməliyyatı davam edir, gecə saatlarında HƏMAS-ın terror obyektləri sıradan çıxarılıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*