İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında apardığı əməliyyatlar nəticəsində son sutka ərzində təxminən 80 nəfər həlak olub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində bütün zolaq boyu hücumlar nəticəsində təxminən 400 nəfər yaralanıb.
Bundan əlavə, israilli mühacirlərin İordan çayının Qərb sahilindəki Ramallah şəhərinin şimal-şərqində yerləşən Kəfr-Malik kəndinə hücumu zamanı üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Qəzza zolağının Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri həlak olanların ümumi sayı 56 mini keçib, 132 mindən çox insan xəsarət alıb.