Fələstin müqavimət qruplarının başlatdığı Əl-Əqsa əməliyyatında ağır məğlubiyyətə uğrayan İsrail qaçılmaz süqut yolundadır.
KONKRET.az xəbər verir ki, bunu İran Ordusunun Ali Baş Komandanı, general-mayor Əbdülrəhim Musəvi deyib.
O, Fələstinin müqavimətini alqışlayaraq, bildirib ki, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin dediyi kimi, İsrail rejimi daha güclü bir sillə alacaq.
Musəvi həmçinin, Qərb mediasını Qəzzanın qeyri-insani blokadası qarşısında susmasına görə tənqid edib.
Ariz Həsənoğlu,
KONKRET.az