İsrail Qəzza sakinlərinə dörd saat vaxt verdibackend

İsrail Qəzza sakinlərinə dörd saat vaxt verdi

İsrail ordusu Qəzza zolağının şimalındakı sakinlərin anklavın cənubuna təhlükəsiz təxliyəsi üçün dörd saat vaxt verib.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

“Bu gün İsrail Müdafiə Qüvvələri yenidən Salah ed-Din yolunda Şimal və cənub Qəzza arasında saat 10:00-dan 14:00-a qədər  səyahətə icazə verəcək”, – məlumatda deyilir.

“Özünüzün və yaxınlarınızın qayğısına qalırsınızsa, o zaman İsrail ordusunun göstərişlərinə əməl edin”, – deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilib ki, Həmas Qəzza zolağının mülki əhalisindən canlı qalxan kimi istifadə edir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*