İsrail Qəzza sakinlərini təxliyəyə çağırdı – Bölgədə vəziyyət gərginləşirbackend

İsrail Qəzza sakinlərini təxliyəyə çağırdı – Bölgədə vəziyyət gərginləşir

İsrail Müdafiə Ordusu (SAXAL) bu gün – iyunun 30-da Qəzza zolağında yerləşən Qəzza şəhəri və Cəbalya bölgəsinin sakinlərinə müraciət edərək həmin əraziləri tərk etməyə çağırıb. Bu barədə İsrailin Ynet portalı məlumat yayıb.

KONKRET.az xəbər verir ki, SAXAL-ın rəsmi nümayəndəsi Aviçay Adraee bildirib ki, bu bölgələrdə hərbi əməliyyatlar geniş miqyasda aparılır və daha da gücləndiriləcək:

“SAXAL bu ərazilərdə böyük qüvvə ilə fəaliyyət göstərir. Hərbi əməliyyatlar davam edəcək və intensivləşəcək… Təhlükəsizliyiniz üçün dərhal qərbə, oradan isə cənuba – ar-Rəşid yolu ilə Əl-Məvasi bölgəsinə doğru hərəkət edin.”

Eyni zamanda, “Əl-Ərəbiyyə” telekanalı xəbər verir ki, Qəzza zolağının şimal hissəsi kütləvi bombardmanlara məruz qalıb. Məlumatlara görə, İsrail tankları Qəzza şəhərinin şərqində yerləşən əz-Zeytun bölgəsinə daxil olub. Fələstin tərəfinin verdiyi məlumata əsasən, iyunun 30-da baş verən İsrail hücumları nəticəsində azı 25 nəfər həlak olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*