İsrail qoşunlarını Qəzzadan çıxarmağa razılaşıb – DETALLARbackend

İsrail qoşunlarını Qəzzadan çıxarmağa razılaşıb - DETALLAR

ABŞ dövlət katibi Antoni Blinken Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın bir hissəsi olaraq İsrailin Qəzza zolağından çıxmağa razı olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, o, bunu müqavilənin bağlanması üçün danışıqların növbəti mərhələsinin baş tutduğu Qətərdə deyib.

Xatırladaq ki, ABŞ, Misir və Qətər vasitəçi kimi çıxış edir, HƏMAS danışıqlarda birbaşa iştirak etmir.

“Birləşmiş Ştatlar Qəzza zolağının İsrail tərəfindən uzunmüddətli işğalını qəbul etmir. Daha dəqiq desək, sazişdə qoşunların Qəzza zolağından çıxarılmasının qrafiki çox aydın şəkildə müəyyən edilib və İsrail bununla razılaşıb”, – CNBC-dən Blinkendən sitat gətirib.

Dövlət katibi əlavə edib ki, razılaşma əldə etmək üçün edilən son səylər “ehtimal ki, ən yaxşı və bəlkə də sonuncu fürsətdir”.

ABŞ dövlət katibi qeyd edib ki, HƏMAS bu təklifi qəbul etməyə borcludur. Lakin Blinken sövdələşmənin təfərrüatlarını açıqlamayıb.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*