İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirirbackend

İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir

İsrail Müdafiə Ordusu (IDF) yeni eskalasiya dalğası ilə əlaqədar Suriya sərhədinə daha çox qoşun cəmləşdirir.

KONKRET.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qüvvələrin tərkibinə sərhəd polisinin dörd rotası daxildir.

Qeyd olunub ki, bu addım Suriyanın cənubunda əsasən druzların yaşadığı Əs-Süveyda şəhərində baş verən qanlı toqquşmalar fonunda, həmçinin İsraildə yaşayan druzların etiraz əlaməti olaraq qısa müddətə Suriya sərhədini keçməsindən sonra atılıb.

“İsrail Müdafiə Ordusu İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün müdafiə və hücum əməliyyatlarını davam etdirəcək”, – hərbçilər əlavə ediblər.

Öz növbəsində, “The Times of Israel” qəzeti xəbər verir ki, İsraildən olan onlarla druz Suriya ərazisinə keçərək, ölkə qoşunlarının etnik azlığa qarşı törətdiyi qırğına etiraz ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*