İsrail druzları qorumaq üçün Suriya hökuməti qüvvələrinə atəş açıb.
KONKRET.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz ortaq bəyanat verərək, İsrail ordusuna Suriya qüvvələrini hədəfə almaq tapşırığı verdiklərini deyiblər.
Müştərək bəyanata əsasən, burada məqsəd Suriyanın druz cəmiyyətini qorumaqdır.
“Rejim qüvvələrini hədəfə almaqda məqsəd Suriyadakı druzları qorumaqdır. Hansı ki, İsraildəki druzlarla onların dərin qardaşlıq və qohumluq əlaqələri var. Biz Suriya rejiminin onlara zərər verməsinin qarşısını almaq üçün hərəkətə keçirik və sərhədlərimizin demilitarizasiyasını təmin edirik”, – bəyanatda qeyd olunub.