İsrail ordusu Tehran ətrafındakı strateji hədəflərə qarşı həyata keçirdiyi növbəti gecə hücum dalğası barədə hesabat yayıb.
İsrail tərəfinin məlumatına görə, zərbələr əsasən İranın hərbi strukturları tərəfindən istifadə edilən mühüm infrastruktur obyektlərinə endirilib. Hədəflər arasında hərbi qulluqçuların hazırlandığı və hava hücumundan müdafiə raket sistemlərinin yerləşdirildiyi İran ordusunun bazası xüsusilə qeyd olunub.
KONKRET.az xəbər verir ki, hücumlar zamanı Müdafiə Nazirliyinə məxsus silah istehsalı və saxlanılması müəssisəsi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri ilə əlaqəli obyekt sıradan çıxarılıb.
İsrail tərəfi həmçinin İran Kəşfiyyat Nazirliyinin obyektinin və daxili təhlükəsizlik qüvvələrinin təcili cavab qərargahının da hədəfə alındığını bildirib.
Natiq Səlim,
KONKRET.az
