İsrail Tehranın mərkəzində SEPAH kazarmasını məhv etdibackend

İsrail Tehranın mərkəzində SEPAH kazarmasını məhv etdi

İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi son hava hücumu nəticəsində Tehranın mərkəzində, İran Silahlı Qüvvələrinin Baş Qərargah binasının arxasında yerləşən SEPAH-a (İran İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus əsas kazarma hədəfə alınıb və məhv edilib.

KONRKET.az xəbər verir ki, İranın müxalifət mediası hücum zamanı güclü partlayış səslərinin eşidildiyini bildirir. Məlumata görə, kazarma SEPAH-ın logistika, inzibati və telekommunikasiya bölmələrini özündə birləşdirirdi. Bundan əlavə, obyektin İran Silahlı Qüvvələrinin Baş Qərargahı, Müdafiə Nazirliyi və SEPAH-ın kəşfiyyat qurumları ilə birbaşa əlaqə kanallarına sahib olduğu qeyd olunur.

Ekspertlər bu hücumu İranın ali hərbi rəhbərliyinə qarşı birbaşa zərbə kimi qiymətləndirirlər. İsrail tərəfi hələlik hücuma dair rəsmi açıqlama verməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*