İsrailin müdafiə naziri İsrael Katz Qəzza şəhərinin ələ keçirilməsi planını təsdiqləyib.
KONKRET.az xəbər verir ki, əməliyyat “Gideonun arabaları 2” adlanır.
Bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb.
“Əməliyyatdan sonra Qəzza şəhəri öz görkəmini dəyişəcək və daha əvvəlki kimi görünməyəcək”, – Katz bildirib.
Dövlət televiziyasının məlumatına görə, yaxın vaxtlarda İsrail ordusu ehtiyatında olan hərbçilərin səfərbər olunması ilə bağlı açıqlama yayacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az