İsrail tezliklə Livanda quru əməliyyatına başlayacaqbackend

İsrail tezliklə Livanda quru əməliyyatına başlayacaq

İsrailin müdafiə naziri Yoav Qalant Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatın növbəti mərhələsinin tezliklə başlanacağını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, “X”də (keçmiş “Twitter”) yazıb.

Nazirin sözlərinə görə, əməliyyat “Hizbullah”ın davamlı atəşi nəticəsində İsrailin şimalındakı sərhəd yaşayış məntəqələrinin təxliyə edilmiş sakinlərinin geri qayıtması üçün şəraitin yaradılmasına yönəlib.

“Qarşıdurma xəttində icma başçıları ilə görüşdə vurğuladım ki, “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq və bu, məqsədə çatmaqda mühüm amil olacaq. Müharibənin məqsədi şimal sakinlərinin öz evlərinə qayıtmasıdır”, – Qalant qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*