İsrail və Fələstin bu məsələdə birləşdibackend

İsrail və Fələstin bu məsələdə birləşdi

İsrail və Fələstin səhiyyə nazirliklərinin nümayəndələri koronavirusun yeni ştammına qarşı mübarizədə əməkdaşlıq etmək qərarı veriblər.

KONKRET.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki ölkənin departament heyətlərinin nümayəndələri Fələstin Səhiyyə Nazirliyində görüş keçiriblər.

Görüşdə koronavirusun daha sürətlə yayılan və ölümcül ştammının yayılmasının qarşısının alınması, habelə İsraildə işləyən 100 minə qədər fələstinlinin peyvənd edilməsi kontekstində texniki məsələlərdə əməkdaşlıq barədə razılıq əldə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*