İsrail və Hindistan baş nazirləri Qırmızı dənizdəki problemi müzakirə etdilərbackend

İsrail və Hindistan baş nazirləri Qırmızı dənizdəki problemi müzakirə etdilər

İsrailin baş naziri Binyamin Netanyahu və onun hindistanlı həmkarı Narenda Modi “gəmiçiliyi və qlobal iqtisadiyyatı Yəmən husilərinin hücumlarından qorumaq zərurətini” müzakirə ediblər.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, hər iki ölkənin liderləri oktyabrın 7-də başlayan müharibədən sonra yaranan işçi problemindən də danışıblar.

Bildirilib ki, Qəzza müharibəsi zamanı Tailand və digər ölkələrdən gələn əcnəbi işçilərin əksəriyyəti hazırda Hindistan ərazisindədir. Baş nazirlər onların tezliklə İsrailə qayıtması barədə razılığa gəliblər.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*