Radikallar Yerusəlimdəki Müqəddəs Yaqub erməni kilsəsinin divarlarına ivrit dilində “ermənilərə ölüm” yazıblar.
KONKRET.az xəbər verir ki, bu barədə Yerusəlim Erməni Patriarxlığının kansler departamentinin rəhbəri arximandrit Koryun Baqdasaryan erməni mediasına müsahibəsində bildirib.
Yanvarın 11-də yəhudi radikalları Yerusəlimdəki Müqəddəs Yaqub kilsəsinin divarlarına ivrit dilində “ermənilərə ölüm”, “xristianlara ölüm”, “intiqam” yazıblar.
“İlk dəfədir ki, erməni monastırının divarlarında belə yazılar yazıblar. Polisə şikayət etdik. Səhər bir polis gəldi, patriarx qəzəb və qınaq ifadə etdi. Biz polisin bu əməli törədənləri saxlamasını və müvafiq prosesə başlamasını gözləyirik”, – deyə Baqdasaryan bildirib.
Bundan əvvəl yəhidilər Qüdsdə erməni ruhanilərin üzünə tüpürüblər.
Baqdasaryanın sözlərinə görə, yerli hakimiyyət və ya polis belə hadisələrin qarşısını almaq üçün ciddi addımlar atmır.
“Əgər ciddi addımlar atsaydılar, bu gün bu hərəkətlər təkrarlanmazdı. Əgər bu əməllər təkrarlanırsa, deməli, cəzalandırılmırlar”, – deyə keşiş bildirib.
Xuraman Etibarlı,
KONKRET.az