İsraillilər mağazalara axışaraq əsas ərzaq məhsullarını alırlar…
İsrail Baş naziri Benyamin Netanyahu xalqına müraciət edərək, ərzaq ehtiyatı toplamağa və sığınacaqlarda gizlənməyə hazır olmalarını xahiş edib.
KONKRET.az xəbər verir ki, Netanyahu bildirib ki, vətəndaşlar yaxın günlərdə sığınacaqlarda uzun müddət qala bilərlər. Bu çağırış ölkədə panika və ərzaq qıtlığı qorxusuna səbəb olub, vətəndaşlar mağazalara axışaraq vacib məhsulları almağa çalışırlar.
Ölkədə vəziyyətin gərginliyi davam edir və hakimiyyət təxirəsalınmaz təhlükəsizlik tədbirlərini gücləndirib.
Natiq Səlim,
KONKRET.az