İsraildə ölənlərin sayı 1200-ə çatdıbackend

İsraildə ölənlərin sayı 1200-ə çatdı

HƏMAS-la yaşanan gərginlikdən sonra İsraildə 1200 şəxs ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. İsrail ordusunun HAMAS-a qarşı əməliyyatı “Dəmir Qılınclar” adlanır.

Bundan əvvəl Amerika lideri Co Bayden bildirib ki, gərginlik başlayandan bəri İsraildə ən azı 14 ABŞ vətəndaşı ölüb.

HAMAS-ın İsrailə hücumu zamanı bir Avstraliya vətəndaşı da həlak olub.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*