İsraildə ölənlərin sayı 222-si əsgər olmaqla 1300-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, 1973-cü ildə Misir və Suriya ilə bir neçə həftə davam edən müharibədən sonra belə itkilər olmayıb. Qurbanların əksəriyyəti bir gündə HƏMAS yaraqlılarının sərhədi keçərək mülki İsrail sakinlərinə hücumu zamanı həlak olub.
Fələstin Səhiyyə Nazirliyi bildirir ki, Qəzza zolağında ən azı 1537 fələstinli həlak olub , daha 6612 nəfər isə yaralanıb. İordan çayının qərb sahilində və Şərqi Qüdsdə ən azı 36 nəfər həlak olub, 650 -dən çox insan yaralanıb.
Ariz Həsənoğlu,
KONKRET.az