İsraildən Azərbaycanla bağlı VACİB ADDIM: ABŞ-la danışıqlara başladıbackend

İsraildən Azərbaycanla bağlı VACİB ADDIM: ABŞ-la danışıqlara başladı

Rəsmi Təl-Əviv İsrail, Azərbaycan və ABŞ arasında üçtərəfli əməkdaşlıq üçün möhkəm təməl yaratmaq üçün ABŞ ilə danışıqları davam etdirir.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İsrailin baş naziri Binyamin Netanyahunun ofisi yayıb.

Bu bəyanata beş gün əvvəl Şas partiyasının üzvü Simon Moşiaşvilinin İsrail Knessetinə təqdim etdiyi təklif səbəb olub.

Netanyahunun ofisi bəyanatında Azərbaycanın İsrailin Cənubi Qafqazdakı ən mühüm müttəfiqi olduğunu və bu ittifaqların enerji, ticarət, təhlükəsizlik və texnologiyanı əhatə etdiyini bildirib.

Milli missiyalar naziri Orit Strok isə İsrail hökuməti adından çıxış edərək əmin edib ki, İsrail ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı maraqlara və çoxillik dostluğa əsaslanan unikal tərəfdaşlıq əsasında qurulub.

“İsrail Azərbaycan və ABŞ ilə əməkdaşlığı gücləndirməkdə davam edəcək və onu pozmaq cəhdlərinə qətiyyətlə qarşı çıxacaq”, – yəhudi nazir bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*