“İsrailin başqa seçimi yoxdur” – Amerikalı generalbackend

"İsrailin başqa seçimi yoxdur" - Amerikalı general

“İsrailin Qəzza zolağında quru əməliyyatı keçirməkdən başqa seçimi yoxdur”.

KONKRET.az xəbər verir ki, təqaüddə olan general və Yaxın Şərqdəki ABŞ qüvvələrinin keçmiş komandanı Kennet Frank Makkenzi belə deyib.

“Foreign Policy” nəşrinə müsahibəsində o qeyd edib ki, İsrail istəmədən belə bir vəziyyət yaranıb..

“İsrailin başqa seçimi yoxdur. Onların çəkindirmə modeli uğursuz oldu. Onlar indi çəkindirmə qabiliyyətini bərpa etmək üçün böyük gücdən istifadə etməlidirlər “, – deyə Makkenzi qeyd edib.

O əlavə edib ki, İsrail ən azı kəşfiyyat baxımından Amerikanın dəstəyinə arxalana bilər.

“İsrail tərəfi Şərqi Aralıq dənizindəki ABŞ gəmilərindən vəziyyətlə bağlı məlumat almaqla gedişatı daha yaxşı idarə edə biləcək”, – deyə general əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*