İsrailin “Eurovision”da iştirakına icazə verildibackend

İsrailin "Eurovision"da iştirakına icazə verildi

“Eurovision” təşkilatçıları İsrailə 2024-cü il müsabiqəsində iştirak etməyə icazə verib.

KONKRET.az xəbər verir ki, İsveç və Finlandiyalı ifaçılar Avropa Yayım Birliyindən (EBU) Qəzza zolağında baş verən münaqişəyə görə İsrailin müsabiqə iştirakçılarının siyahısından çıxarılmasını xahiş ediblər. EBU bildirir ki,  daxili araşdırma aparılıb və İsrailin fəaliyyətini dayandırması üçün heç bir səbəb aşkar edilməyib.

Yayım Birliyinin baş direktoru Noel Curran izah edib ki, müsabiqə müxtəlif ölkələrin hökumətləri arasında rəqabət deyil, prinsipial olaraq qeyri-siyasi hadisədir. Onun sözlərinə görə, İsrail yayımçısı iştirakla bağlı bütün tələbləri yerinə yetirib, ona görə də İsrail təmsilçisinin “Eurovision”da iştirakına icazə veriləcək.

2024-cü ildə Eurovision İsveçin Malmö şəhərində keçiriləcək. Yyarımfinal və final mayın 7-dən 11-dək təşkil olunacaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*