İsrailin hərbi elita mərkəzləri DAĞIDILDIbackend

İsrailin hərbi elita mərkəzləri DAĞIDILDI

İranın Hayfa, Təl-Əviv və Bər-əs-Səbə şəhərlərinə endirdiyi raket zərbələri nəticəsində İsrailin hərbi sahədə mütəxəssis hazırlayan dörd əsas universitet və texnologiya institutuna ciddi ziyan dəyib.

KONKRET.az xəbər verir ki, bu barədə Ben-Qurion Universitetinin rəhbəri məlumat verib.

Məlumata görə, xüsusilə İsrail Hərbi Hava Qüvvələrinin pilotlarının və müdafiə sənayesi mühəndislərinin yetişdirildiyi bu mərkəzlər hədəf alınıb. Neqevdə yerləşən Ben-Qurion Universitetinin rəhbəri bildirib ki, təkcə Vayzman İnstitutunda yerləşən 40–45 araşdırma laboratoriyası tamamilə məhv edilib, təxminən 20 laboratoriyaya isə müxtəlif dərəcədə ziyan dəyib.

O əlavə edib ki, son 20 ildə İsrailin bütün hərbi pilotları Ben-Qurion Universitetinin məzunlarıdır. Eyni zamanda, İsrailin kəşfiyyat bölmələrindəki elmi-tədqiqat rəhbərləri və Iron Dome, David’s Sling kimi müdafiə sistemlərinin inkişafı da bu universitetlərdəki elmi bazanın nəticəsidir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*