İsrailin İrana iyun ayında endirdiyi zərbələr noyabrda planlaşdırılıb.
KONKRET.az xəbər verir ki, İsrailin 2025-ci ilin iyun ayında İrana qarşı həyata keçirdiyi hava zərbələrinin hazırlığı hələ 2024-cü ilin noyabrında başlanıb.
Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, həmin dövrdə İsrail hərbi-siyasi rəhbərliyi İranın nüvə proqramı və hərbi infrastrukturu üzrə mümkün hədəflərin tam siyahısını müəyyən edib. Ümumilikdə, planlaşdırılmış zərbə siyahısına 250 obyekt daxil edilib.
Hədəflər arasında İranın nüvə obyektləri, raket istehsalı və saxlanması sahələri, eləcə də hərbi komanda və rabitə mərkəzləri olub.
Məlumata görə, bu plan ABŞ və İsrail arasında koordinasiyalı şəkildə hazırlanıb və son aylarda vəziyyətin kəskinləşməsi fonunda aktiv fazaya keçib.
İsrail rəsmiləri bu məsələyə rəsmi münasibət bildirməyiblər.
Müşviq Tofiqoğlu
KONKRET.az