İsrailin İrana hücumu nəticəsində azı beş nəfər mülki şəxs ölüb, 50 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Qeyd olunur ki, həyatını itirən şəxslər Tehranda zədələnmiş binanın dağıntıları altından çıxarılıblar.
İran mətbuatı İsrailin paytaxt Tehranda bir neçə binanı hədəfə aldığını yazıb.
“Press TV” İsrailin hücumu nəticəsində ölən və xəsarət alanlar arasında qadın və uşaqların olduğunu bildirir.