İsrailin həyata keçirdiyi son hava zərbələri zamanı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç hərbçisi həyatını itirib.
KONKRET.az xəbər verir ki, məlumatı İranın yarırəsmi “Tasnim” agentliyi yayıb. Hadisənin hansı bölgədə baş verdiyi açıqlanmasa da, ölən hərbçilərin adları və rütbələri barədə araşdırmaların davam etdiyi bildirilib.
Qeyd edək ki, SEPAH-ın yüksək rütbəli şəxsləri əvvəllər də İsrailin hədəfində olub və bu cür hücumlar iki ölkə arasında gərginliyi daha da artırır.
Natiq Səlim,
KONKRET.az