“İsrail dövləti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) avtoritetini tanımır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikri İsrailin müdafiə naziri Yoav Qalant səsləndirib.
“İsrail məhkəmənin tərəfi deyil və onun səlahiyyətlərini tanımır”, – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, İsrailin Müdafiə Qüvvələri beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparır.
Xatırladaq ki, BCM-nin baş prokuroru Kərim Xan İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalanta qarşı hərbi cinayətlərdə ittiham edib.
Xatirə SADİQ,
KONKRET.az