İsraillə HƏMAS arasında danışıqlar burada olacaqbackend

İsraillə HƏMAS arasında danışıqlar burada olacaq

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə etmək üçün İsrail nümayəndə heyətini Misirə göndərəcək.

KONKRET.az xəbər verir ki, danışıqlar Sinay yarımadasında yerləşən Şarm əl-Şeyxdə baş tutacaq.

“Nümayəndə heyəti sabah Şarm əl-Şeyxə yola düşəcək”, – Baş Nazirlikdən bildirilib.

Bir gün əvvəl Misir Xarici İşlər Nazirliyi İsrail və Fələstinin HƏMAS hərəkatı arasında danışıqların növbəti mərhələsinin oktyabrın 6-da Misirdə keçiriləcəyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*