İsrailin şimalındakı Hanita kibbutzunda partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.
Partlayışın Livan ərazisində atılan raket zərbələri ilə əlaqədar olduğu istisna edilmir.
Hazırda İsrail ordusu cavab tədbirləri görür.
***
İsrail ordusu Livanın cənub bölgələrində müəyyən hədəflərə artilleriya zərbələri endirib.
KONKRET.az xəbər verir ki, bu barədə Livanın rəsmi NNA agentliyi məlumat yayıb.
Bildirilib ki, İsraillə sərhəddə yerləşən Nahayra və Alma Şaab bölgələrindəki obyektlər məhv edilib.
Hücumdan sonra tərəflər arasında atışmanın başladığı deyilir.
Əlavə məlumat verilmir.